e-Queue
shape shape
shape shape
shape shape
shape shape
shape shape
shape shape
shape shape
shape shape

Növbə İdarəetməsində
Rəqəmsal Transformasiya

Müştəri axınını tənzimləmək, xidmət proseslərini avtomatlaşdırmaq və gözləmə müddətini minimuma endirmək üçün hazırlanmış veb əsaslı e-Queue platforması ilə vaxtınıza qənaət edin.

E queue hero

Hər kəs üçün sadə, hər kəs üçün etibarlı

e-Queue növbə həlli böyük miqyasda sübut olunmuş bir etibarlılığa malikdir. Ölkənin aparıcı 11-dən çox iri müəssisəsində, 140-dan çox filialda 1100-dən artıq operatorun işini təşkil edərək müştərilərimizin böyüməsi üçün yüksək performanslı təməl yaradırıq.

Image Image Dark
Image Image Dark
Image Image Dark
Image Image Dark
Image Image Dark
Image Image Dark
Image Image Dark
Image Image Dark
Image Image Dark
01.

Onlayn və ya yerində növbə

Müştərilər xidmətə gəlmədən öncə onlayn qaydada randevu ala bilərlər. Filiala yaxınlaşdıqda isə şəxsiyyət vəsiqəsini oxudaraq məlumatları əllə daxil etmədən, cəmi bir neçə saniyəyə növbə biletini əldə edirlər.

1 onlayn ve ya yerinde novbe

02.

Növbəni rahat mühitdə izləyin

Gözləmə zalındakı monitorlar vasitəsilə növbə ardıcıllığı canlı olaraq nümayiş etdirilir. Müştərilər öz sıralarını vizual olaraq izləyərkən, eyni zamanda korporativ məlumatlar və ya elanlarla tanış olurlar.

2 novbeni rahat muhitde izleyin

03.

Ağıllı yönləndirmə və şəffaf xidmət prosesi

Sistem müştəri tələbi, operator bacarığı və biznes maraqlarını analiz edərək ən optimal yönləndirməni seçir. Bu, gözləmə müddətini minimuma endirir, xidmət effektivliyini isə maksimuma çatdırır.
Xidmət prosesi video və audio formatda qeydə alınır. Bu, mübahisəli məqamların obyektiv araşdırılmasını təmin edir və xidmət keyfiyyətinin real faktlarla ölçülməsinə imkan yaradır.

3 agilli yonlendirme ve seffaf xidmet prosesi

04.

Xidmət keyfiyyətini dərhal qiymətləndirin

Xidmət başa çatdıqdan sonra müştərilər göstərilən xidmətdən məmnunluq dərəcəsini bir toxunuşla bildirirlər. Bu geribildirim birbaşa sistemə ötürülərək xidmət səviyyəsinin real vaxtda ölçülməsini təmin edir.

4 xidmet keyfiyyetini derhal qiymetlendirin

05.

Tam nəzarət və mərkəzləşdirilmiş hesabatlılıq

Bütün proseslər real vaxt rejimində mərkəzdən izlənilir. Filiallardakı sıxlıq, orta gözləmə müddəti və əməkdaşların performansı rəhbərlik üçün əlçatan olan analitik panellərdə əks olunur.

5 tam nezaret ve merkezlesdirilmis hesabatlılıq

Xidmət keyfiyyətində fərq yaradan üstünlüklərimiz

Yerli Dəstək

Yerli proqramçı komandamızla istəklərinizə özəl fərdiləşdirmə və sürətli texniki dəstək.

Cihaz Azadlığı

İstənilən avadanlıqla tam uyğunluq sayəsində əlavə cihaz xərclərinə son qoyun.

Vahid Mərkəz

Bütün filialların fəaliyyətini və işçi performansını tək bir mərkəzi paneldən canlı izləyin.

Asan İnteqrasiya

Mövcud bank və ya müəssisə daxili sistemlərinizlə problemsiz və sürətli məlumat mübadiləsi.

Geniş Hesabatlılıq

Real vaxt rejimində əldə olunan statistik məlumatlar və fərdiləşdirilmiş hesabatlar sayəsində düzgün biznes qərarları verin.

Sərfəli Qiymət

Yüksək funksionallığa malik növbə sistemini həm yerli dəstək, həm də büdcənizə uyğun çevik qiymət modelləri ilə əldə edin.

360° Rəqəmsal Növbə Ekosistemi

Biz sadəcə bilet kəsən cihaz yox, biznesinizin bütün ehtiyaclarını qarşılayan, bir-biri ilə tam inteqrasiya olunmuş rəqəmsal ekosistem təqdim edirik.

Müasir Özünəxidmət Köşkləri

Xidmətlərin seçilməsi və növbə biletlərinin çapı üçün intuitiv veb-interfeysə malik sürətli köşklər

  • Tam Fərdiləşdirmə: Biznesinizin vizual üslubuna uyğun brendinq və proseslərinizə özəl interfeys dizaynı.
  • Ş.V. İnteqrasiyası: Şəxsiyyət vəsiqəsi oxuyucuları vasitəsilə vətəndaşların avtomatlaşdırılmış qeydiyyatı və sürətli xidmət.
  • Onlayn Növbə: Müştərilərin məkana gəlmədən öncə növbə götürmə imkanı ilə fiziki sıxlığın idarə edilməsi.

İnformasiya Panelləri

Növbə məlumatlarını nümayiş etdirmək üçün monitorlar, TV-lər və digər rəqəmsal cihazlar üçün adaptiv həllər

  • Ağıllı Kommunikasiya: Korporativ rənglərə uyğun dizayn, çoxşaxəli məlumat sütunları və aydın səsli çağırış sistemi.
  • Reklam və Media: Növbə məlumatları ilə eyni ekranda reklam bannerlərinin və ya korporativ videoçarxların nümayişi.
  • Fərdi panel: Hər bir xidmət masası üçün operatorun məlumatlarını və cari növbəni göstərən fərdi panellər.

Operatorların iş mühiti

Operatorların növbələri idarə etməsi üçün nəzərdə tutulmuş çoxfunksiyalı iş mühiti.

  • Keyfiyyətə Nəzarət: Xidmət zamanı audio və video yazıların aparılması ilə müştəri-operator münasibətlərinin sənədləşdirilməsi.
  • Ekran Yazısı: İş prosesinin şəffaflığını təmin etmək üçün operatorun kompüter ekranındakı fəaliyyətinin qeydə alınması.
  • Performans İzləmə: Operatorun cari yükü və xidmət müddəti barədə real-vaxt rejimində məlumatlar.

İnzibatçı paneli

Bütün sistemin mərkəzləşdirilmiş şəkildə idarə edilməsi və konfiqurasiyası üçün inzibatçı paneli.

  • Mərkəzi İdarəetmə: Bütün filialların və cihazların tək nöqtədən real vaxt rejimində izlənilməsi və idarə olunması.
  • Operativ Müdaxilə: Sistemdə yaranan hər hansı ləngimə və ya texniki problemə məsafədən ani müdaxilə imkanı.
  • Ağıllı Bildirişlər: Gözləmə vaxtı limitini aşdıqda və ya cihazlarda nasazlıq yarandıqda SMS və Email vasitəsilə dərhal xəbərdarlıq.

Xidmətin Qiymətləndirilməsi

Müştəri məmnuniyyətini ölçmək üçün nəzərdə tutulmuş rəy toplama modulu.

  • 3 Mərhələli Rəy: Xidmətdən əvvəl, xidmət zamanı və xidmətdən sonra rəylərin toplanması.
  • KPI Göstəriciləri: Müştəri məmnuniyyəti indeksi (CSI) əsasında operatorların fəaliyyətinin avtomatik qiymətləndirilməsi.
  • Şəffaf Reytinq: Hər bir xidmət növü və əməkdaş üzrə obyektiv reytinq cədvəllərinin formalaşdırılması.

Daxili Hesabatlılıq

Biznes qərarlarının qəbulu üçün dərinləşdirilmiş məlumat analitikası.

  • Vahid Analitika: Bütün filialların statistik məlumatlarının bir mərkəzdə toplanması və müqayisəli təhlili.
  • Fərdiləşdirilmiş Hesabatlar: Biznesinizin xüsusi tələblərinə uyğun olaraq istənilən parametrlər üzrə hesabatların avtomatik formalaşdırılması.
  • Canlı Monitorinq: Filiallardakı cari vəziyyətin, sıxlıq dərəcəsinin və gözləmə vaxtlarının saniyəlik izlənilməsi.

Tətbiq sahələri

Biznesinizin fəaliyyət sahəsindən asılı olmayaraq, müştəri axınını düzgün idarə etmək və xidmət standartlarınızı qlobal səviyyəyə çatdırmaq üçün fərdiləşdirilmiş həllər təqdim edirik.

Bank və Maliyyə
Banklar, Sığorta şirkətləri
Bank və Maliyyə

Müştəri axınının idarə edilməsi, randevu sistemi və VIP xidmət prioritetlərinin avtomatlaşdırılması.

Dövlət Qurumları
Xidmət mərkəzləri, Agentliklər
Dövlət Qurumları

Vətəndaş məmnuniyyətini artırmaq üçün şəffaf növbə və mərkəzləşdirilmiş hesabatlılıq.

Səhiyyə
Klinikalar, Xəstəxanalar
Səhiyyə

Pasiyentlərin qeydiyyatı, həkim qəbulu və analiz növbələrinin səmərəli təşkili.

Avtomobil Servisi
Rəsmi dilerlər və təmir mərkəzləri
Avtomobil Servisi

Qəbul, təmir və təhvil-təslim mərhələlərində müştəri növbələrinin idarəedilməsi.

Nəqliyyat və Logistika
Hava limanları, Kuryer mərkəzləri
Nəqliyyat və Logistika

Göndərişlərin qəbulu və verilməsi prosesində sürücü və müştəri növbələrinin koordinasiyası.

Təhsil və Kommunal
Universitetlər, Ödəmə mərkəzləri
Təhsil və Kommunal

Qeydiyyat və ödəniş dövrlərində yaranan kütləvi sıxlıqların ağıllı alqoritmlərlə tənzimlənməsi.

Müştərilərimiz

Sahəsində lider olan şirkətlər müştəri xidməti proseslərini bizə etibar edirlər. Biz sadəcə xidmət təminatçısı deyil, hər bir müştərimizin rəqəmsal transformasiya yolunda strateji tərəfdaşıyıq.

Image Image Dark
Image Image Dark
Image Image Dark
Image Image Dark
Image Image Dark
Image Image Dark
Image Image Dark
Image Image Dark
Image Image Dark
Image Image Dark
1 +

Müştəri

1 +

Filial

0 +

Operator

1000 +

Gündəlik bilet sayı

Tez tez soruşulan suallar:

Image Image Dark
Image Image Dark

Gəlin, müştəri təcrübənizi birlikdə rəqəmsallaşdıraq!

Biznesinizin ehtiyaclarına uyğun fərdiləşdirilmiş növbə sistemini qurmaq üçün komandamız hər zaman hazırdır. Sualınız var? Bizə yazın və ya demo görüş təyin edin.

Image
Email

Image Dark Image
Telefon

Image Dark Image
Whatsapp

Sualınız var? Aşağıdakı formu doldurun, ən qısa zamanda sizinlə əlaqə saxlayaq.

    Və ya bizə email vasitəsilə yazın.

    © 2026 e-Queue. Bütün hüquqlar qorunur.